Referens laboratoriya inşa olunur

13 Mart 2014 15:13 (UTC+04:00)

 "Səhiyyə və baytarlıq sektorlarını əlaqələndirən referens laboratoriya inşa olunur".  məlumatına görə, bunu Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Siyalə Rüstəmova deyib. Xidmət rəisi bildirib ki, zoonozlarla mübarizə sahəsinə dair bir sıra yeni sənədlər hazırlanıb: "Hazırda sözü gedən sənədlər təsdiq olunma mərhələsindədir".  

S. Rüstəmova həmçinin əlavə edib ki, həm epidemioloqlar, həm də laboratoriya işçiləri üçün müxtəlif istiqamətli treninqlər və seminarlar təşkil olunur.