Azərbaycan əhalisinin 34 min 681 nəfəri dəhşətli xəstəlikdən əziyyət çəkir-Eksklüziv

13 Mart 2014 15:32 (UTC+04:00)
Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli Azərbaycanda rəsmi qeydiyyatda olan onkoloji xəstələrin ötən ilə olan rəsmi statistikasını açıqlayıb. Bu barədə Movqe.az-a eksklüziv açıqlama verən A. Kərimli bildirib ki, 2013-cü ilin rəsmi statistikasına görə, 34 min 681 nəfər onkoloji xəstə qeydiyyatada olub: "Onlardan 13 min 284 nəfərini  5 il və ondan yuxarı yaşayanlar təşkil edib. Ümumilikdə il ərzində 1-cili 9 min 64 nəfər onkoloji  xəstəliklərlə qeydiyyata götürülüb. Bu xəstəliklər arasında lokalizasiyalara gəldikdə ilkin yerləri ağciyər-bronx, qadınlarda süd vəzisi və ümumilikdə mədə xərçəngi üstünlük təşkil edir. Xəstəliyin mərhələlərinə gəldikdə isə 3 min 898 nəfərə xəstəliyin 1və 2-ci, 3 min 83 nəfər 3-cü, 2 min 83 nəfər isə xəstəliyin 4-cü mərhələsində olub. MDB  və digər ölkələrinə nisbətən bizdə onkoloji xəstəliklərdən əziyyət çəkənlərin sayı azdır. Mən Ukraynada, Krım vilayətində olarkən məlumat verildi ki, 2,5 min əhaliyə 2012-ci il üçün qeydiyyatda olan onkoloji xəstələrin sayı 50 min nəfər təşkil edirdi. Bizdə isə 2012-ci ilin 2-ci rübbünə olan rəsmi məlumatda ölkə əhalisinin 9 milyon 350 nəfərinə onkoloji xəstələrin sayı 31 min 954 nəfər təşkil edib. Fərq görünür ki, Azərbaycanda onkoloji xəstəliklərə mübtəla olan insanların sayı digər MDB ölkələri ilə müqayisədə xeyli azdır".