Hüseyn Dərya İradə İsaqın verilişinə sərxoş çıxıb - VİDEO

13 Mart 2014 16:18 (UTC+04:00)

Reper Hüseyn Dərya ATV telekanalında yayımlanan "Düz üzünə" verilişinin qonağı olub.


Showlife.Az xəbər verir ki, reper verilişdə olduqca maraqlı məqamlara toxunub. O məşhur şoumen Murad Dadaşov haqda deyib:


"Mənə öncədən heç nə vəd edilməmişdi. Sadəcə deyilmişdi ki, narahat olma, hörmətin olunacaq. Ola bilsin ki, Murad Dadaşov da həmin konsertdən ziyanla çıxdı. Mən Muraddan soruşmadım ki, niyə pulumu vermirsən. Heç o da demədi ki, vermirəm. Sadəcə, bir müddət get sabah gələrsən söylədi. Axırda da mən getmədim. Dostlarıma zəng etdim ki, konsert bitib, evə getməyə taksi pulum yoxdur. Mən həmin gün evimə 1 manatsız gəlmişəm".


Dərya həmçinin həmkarı Anar Nağılbazla bağlı fikirlərini bildirib. Aparıcı İradə İsaqın "Anar Nağılbaz deyir ki, Elşad Xose ilə yaradılan qalmaqal süni idi. Bu, doğrudur" sualına isə belə cavab verib:


"Nahaq yerə Anar Nağılbazdan mənimlə bağlı müsahibə götürmüsünüz. O, yeddi sifəti olan insandır. Anar həmişə mənim adımı çəkərək ortaya çıxıb. Mən Elşad Xoseyə ondan daha çox üstünlük vermişəm. Allahıma, getdiyim ziyarətlərə and içirəm ki, Anar həmişə mənim haqqımda şər, böhtan danışıb".


Showlife.Az-ın məlumatına görə, verilişlə bağlı maraqlı məqamlara aydınlıq gəlib. Verilişdə ekspert qismində iştirak edən jurnalist Alovlu Ülviyyə deyib ki, Hüseyn Dərya verilişə içkili gəlib: 


"Etiraf edirəm ki, dünən Hüseyn Dərya haqda baxdığınız, mənim də ekspert kimi iştirak etdiyim verilişə Hüseyn sərxoş halda gəlmişdi.

O, o qədər içmişdi ki, alkoqolun iyindən ona yaxın durmaq olmurdu. Odur ki, onun qeyri-adekvat hərəkətləri, ziyarətlərə-filana and içməkləri ciddi qəbul edilməməlidir. Və ümumiyyətlə, hesab edirəm ki, sərxoş insanları efirə buraxmaq olmaz".