Anar Nağılbazın jurnalist İradə İsaqa məktub !

13 Mart 2014 16:29 (UTC+04:00)

Mövqe.az sizə reper Anar Nağılbazın jurnalist İradə İsaqa ünvanladığı məktubu təqdim edir : 


Böyük hörmət bəslədiyim,gözəl jurnalist İradə xanım İsaqa məktub;


İradə xanım salam! Əvvəla verilişinizi təbrik edirəm! Sonuncu 11 mart verilişinin də siz tərəfdən qərəzsiz və obyektiv keçirildiyi üçün təşəkkür edirəm! Vallah bu qalmaqalları Azərbaycan şou biznesində reklam kimi görən ilklərdən olsam da özüm də daha bezmişəm. Görünür,tənqidçilik peşəmiz də özümüzü bu oddan çıxmağa qoymur təəssüf. Mən,tənqidçi oğlu tənqidçiyəm. Atam 25 il "Kirpi" dərgisində çalışıb. Özümə peşə etmək istəməsəm də çılğınlığım,haqqın hökmən çatdırılması istəyim qəlbimi deşib. Mənə təklif etdilər ki Hüseyni dediyi sözlərə görə məhkəməyə verim,amma bu dəfə özüm istəmədim,dedim elə öz dilində cavab verəcəm,çünki mənimlə son zamanlar üzləşməkdən qorxur,üzləşə biləcəyi yeganə məkan efirlərdir,bu adam efir xəstəsidir. İstedadı yanımızda aşkarlanması bir qırağa,etdiyimiz saysız köməklikər bir qırağa,çöldə görəkən qorxaqcasəna qucaq açır,sonra da efirə çıxıb dalınca danışır ki xal qazansın,çox təəssüf. Çox təəssüf edirəm ki onu döymək istəyənlərin sayı artıb,mən yenə humanistlik edib qarşısını alıram. Yazıqdır. Allah görür,yazqdır,ailəsi var deyə,amma indinin özündə də bilirəm ki küçədə bayırda qorxa qorxa gəzir,çünki mənim deyil,onu küçələrdən tanıyanların qarşısında gözü kölgəli olduğu üçün. Sabah,dediyi-etdiyi hörmətsizliklərə görə kimlərsə tərəfindən döyüləcəyinə mən qarant dura bilmərəm. Axşam bir status yazdım ki köhnə və təzə rep ailəmizdən kimlər dəstək üçün Atv-nin qarşısına cümə günü saat 5-də yığışmağa hazırdır? 100 nəfər internetdə dəstəkləyib bir o qədər də zəng almışam. Fikrimiz bu təqdirdə asayiş pozmaq,qeyri-qanuni bir iş etmək deyil,obyektivlik üçün atv-maqazinə müsahibə verməkdir. Amma bu işin televiziyaya gələn və ətrafda yığışan insanların narahatçılığına səbəb olacağını düşünüb sizə yazdım. Hörmətli Vüqar müəllimdən də xahiş edirəm,mənim və Hüseynlə bir rep ailədə olan dostlarımın cavab şəraitinin yaradasınız. Axı,siz 1 dost olaraq istəməzsiz ki bu iş şişsin,1-inin bədbəxtliyi ilə bitsin. Çox güman edirəm, təmkinlə dinləyib,düzgün qiymət verəcəksiniz. Sizdən cavab almaq ümidi ilə,böyük hörmətlə, Anar Nağılbaz. Məktubu hər halda feysbuk statusumda da paylaşacağam ki,birdən başınız qarışıq olsa görməsəniz,dostlar görüb xəbər etsinlər. Sabah gözəl bir gündür - Cümə günü !


Xatırladaq ki, bir neçə gün əvvəl Hüseyn Dərya İradə İsaqın "Düz üzünə" verlişində qonaq olub. Və sualları cavablayan zaman Anar Nağılbazdan onun haqqında alınan fikirlərə də sərt münasibət göstərib. Anar Nağılbazı min üzlü adlandıran H. Dərya jurnalisti Anardan onun haqqında nəsə soruşmaqda günahlandırıb.