Müğənninin həyat yoldaşı ərini ifşa etdi, məşuqəsinin adını açıqladı - ŞOK

13 Mart 2014 22:52 (UTC+04:00)

Serialdakı rol yoldaşı Feyza Çıpa ilə birlikdə olduğu söylənilən Kutsi çıxan söz-söhbətləri yalanlasa da həyat yoldaşı Sinem Bayraktutar həmin iddiaları təsdiqləyib. Mövqe.az türk mətbuatına istinadən xəbər verir ki, "Kutsi evi tərk etdi" deyərək sözə başlayan müğənninin həyat yoldaşı bildirib: " Deyilənlərin hamısı doğrudur. O qadın (Feyza Çıpanı nəzərdə tutur-red) bizə dinclik vermədi. Kutsi ilə 4 aydır ayrı yaşayırıq. Heç evə gedib, gəlmir. Qızım Ceylin olmasa boşanma ilə məşğul olaram. Evli adamlarla birlikdə olmaq bu qədər asanmı? Evli adamların yoldaşlarını aldatması bu qədər asanmı? 


Kutsi ilə 14 ildir birlikdəyik. Birlikdə bir imza atdıq, evləndik. Təbii ki, o mənimlə evli deyə də mənim sənədli malım deyil. O imzanı sildiyi vaxt azadı. Boşanmaq istəyirəm amma bunun üçün də bir həmsöhbət tapa bilmirəm. Evə dönmür, boşanmaq istəmir".


Mövqe.az sizə Kutsinin məşuqəsi Feyza Çıpanın da fotosunu təqdim edir :