Ölkədə onkoloji xəstə olan uşaqların sayı açıqlandı-Özəl

13 Mart 2014 16:47 (UTC+04:00)
Azərbaycanda 305 uşaq ankoloji xəstəlikdən əziyyət çəkir. Bu sözləri Movqe.az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli söyləyib. A. Kərimli bildirib ki, uşaqlar arasında onkoloji xəstəliklərə əvvəllər də rast gəlinib: "Uşaqlar arasında onkoloji xəstəliklərə əvvəllər də rast gəlinib. Sadəcə olaraq əvvəllər Azərbaycanda onkoloji xəstəliklərə mübtəla olan uşaqlarda bu xəstəliyi müalicə etmək üçün şərait yox idi. Artıq 4 ildir ki, Azərbaycanda Uşaq Onkoloji Mərkəzi  fəaliyyət göstərir. Bu Mərkəzdə onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlar müayinə və müalicə olunur. Halbuki, bir neçə il bundan əvvələ kimi belə xəstə uşaqları müalicə üçün ancaq xarici ölkələrə aparırdılar".

A. Kərimli bildirib ki, onkoloji xəstəliklər uşaqlarda daha tez müalicəyə tabe olur və yaxşı nəticə əldə etmək imkanı böyüklərə nisbətən daha çoxdur.