Nura onları sərt tənqid etdi !

13 Mart 2014 17:53 (UTC+04:00)
Müğənni Nura Suri bu dəfə də Azərbaycanda böyük problemlərdən biri olan sığortaya inamsızlıqdan danışıb. Mövqe.az xəbər verir ki, müğənni ötən gün "Sahil" ticarət mərkəzinin yanmasından təəssüf hissi keçirib: "Sahil" ticarət mərkəzindəki heç bir mağazanın sığortası olmayıb. Axı niyə bizdə sığortaya inam yoxdur? Banklar ancaq öz xeyirlərin güdürlər, camaatı fikirləşən yoxdur. Məcburi de olsa, bütün mağazalar sığorta olunmalıdır. Son zamanlar yanğınların sayı yaman artıb. Bu qədər mağaza sahiblərinin malı "batdı". Kim kömək edəcək bu insanlara? Borc-xərclə, əzab-əziyyətlə işlədirdilər balaca bizneslərini, ailələrini dolandırırdılar. Necə olacaq bundan sonra? Allah köməkləri olsun!".