“Planet Parni iz Baku” bu dəfə siyasətçiləri tənqid edəcək

13 Mart 2014 17:55 (UTC+04:00)

Mövqe.az xəbər verir ki,  "Planet Parni iz Baku" KVN teatrı növbəti konsertinə hazırlaşır. Yeni "Analoqu olmayan" solo konsert Heydər Əliyev adına sarayda baş tutacaq. 25, 26, 27 aprel tarixlərində baş tutacaq konsertin biletləri artıq satışdadır. Aktyor Tahir İmanov Mövqe.az-a açıqlamasında konsert barədə danışıb. Siyasətçilərdən tutmuş şou-biznes nümayındələrinə kimi ən məşhur insanları parodiya edəcəklərini söyləyən aktyor səhnəciklərdən də danışıb: "Son bir il ərzində o qədər maraqlı və vacib hadisələr baş verib ki, onlardan yan keçə bilməzidik. Xüsusilə siyasətçilərin parodiyası bu dəfə seçilir". 

Yeni aktyorların da qoşulduğu "Parni iz Baku" komandası üç günlük konsert verməyi planlaşdırır. Tahir İmanov onu da bildirdi ki, onlar üçün əsas kəmiyyət deyil, keyfiyyətdir : " Məndən olsa bir gün konsert verərəm. Lakin sponsorlar və təşkilati dəstəyi olan kompaniyalara bilet verdiyimiz üçün satışa buraxılan biletlərin sayı az olur. Ona görə üç gün müddətində konsert vermək barədə düşünürük".