Azər Badamov: “Əylislinin əsəri heç vaxt Nobel mükafatına layiq görülməyəcək”

13 Mart 2014 19:17 (UTC+04:00)

"Əkrəm Əylislinin ermənipərəst olduğu danılmazdır. Onun ermənilərə olan sevgisini özündə ehtiva edən əsəri heç kimi tərəfindən qəbul edilməyib, edilməyəcək də". Bu fikirləri SİA-ya millət vəkili Azər Badamov Əkrəm Əylislininin əsərinin Nobel mükafatına namizəd kimi göstərilməsinə münasibət bildirərkən deyib."Onun bu mükafata namizəd kimi göstərilməsini Azərbaycanı istəməyən qüvvələrin təxribatı kimi qiymətləndirirəm" - deyən millət vəkili vurğulayıb ki, bu işdə ermənilərin əlinin olduğuna şübhəm yoxdur: "Əylislinin əsəri heç vaxt Nobel mükafatına layiq görülməyəcək. Çünki mükafatı təsis edənlərin bu kimi təxribatlara getməyəcəklərinə şübhəm yoxdur".