Bu axşam Avroliqa həyəcanı başlayır!

13 Mart 2014 01:39 (UTC+04:00)

Bu axşam UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək. Movqe.az saytı xəbər verir ki, İsveçrənin "Bazel" klubu öz meydanında "Zalsburq"u qəbul edəcək. "Napoli" səfərdə "Porto"nun qonağı olacaq. Bolqarıstan təmsilçisi "Ludoqorotes" doğma meydanda "Valensiya" ilə üz-üzə gələcək. İki İtaliya klubu "Yuventus" və "Fiorentina" da bu mərhələdə bir-birinə rəqib olub. Turin təmsilçisi meydan sahibidir. Rusiyanın "Anji" klubu səfərdə "Alkmaar"la qarşılaşacaq. "Lion" evdə Çexiyanın "Viktoriya" klubununu sınağa çəkəcək. "Sevilya" digər İspaniya təmsilçisi "Betis"i qonaq edəcək. "Tottenhem" isə doğma divarlar önündə "Benfika" ilə qüvvəsini sınayacaq. Qeyd edək ki, 1/8 finalın cavab görüşləri martın 20-də keçiriləcək.






13 mart


Avropa Liqası, 1/8 finalın ilk oyunları


22:00. "Bazel" (İsveçrə) - "Zalsburq" (Avstriya)


22:00. "Porto" (Portuqaliya) - "Napoli" (İtaliya)


22:00. "Ludoqorotes" (Bolqarıstan) - "Valensia" (İspaniya)



00:05. "Alkmaar" (Hollandiya) - "Anji" (Rusiya)


00:05. "Yuventus" (İtaliya) - "Fiorentina" (İtaliya)


00:05. "Lion" (Fransa) - "Viktoriya" (Çexiya)


00:05. "Sevilya" (İspaniya) - "Betis" (İspaniya)


00:05. "Tottenhem" (İngiltərə) - "Benfika" (Portuqaliya)