Jirinovski Qarabağ probleminin "həllini" tapdı

13 Mart 2014 20:00 (UTC+04:00)
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Dağlıq Qarabağ probleminin həlli yollarını göstərib. ANS PRESS-in məlumatına görə, LDPR sədri heç vaxt tərəflərin bu problemlə bağlı razılığa gələ bilməyəcəyini deyib. "Buna görə də ən yaxşı yol onu da Rusiyanın tərkibinə qatmaqdır. Onda ermənilər də, azərbaycanlılar da inciməyəcək. Qarabağın Ermənistanda deyil, Rusiyanın tərkibində qalması ilə vəziyyətlə barışmalı olacaqlar". Jrinovski bu sözləri "Rusiya xəbər xidməti"nə müsahibəsində deyib. 

Rusiyalı siyasətçi Dnestryanı problemində eyni yolla həllini təklif edib. 

"Cənubi və Şimali Osetiya - bunlar bir xalqdır. Onlarında Şimali Osetiya ilə birləşib avtomatik olaraq Rusiyanın tərkibinə daxil olmağa tam haqqları var. "Bütün keçmiş SSRİ ərazisi referendum yolu ilə, könüllü, güc tətbiq etmədən, aldadılmadan Rusiyanın tərkibinə qatıla bilər. hamınız Rusiyanın tərkibinə qayıdın və hər şey yaxşı olacaq. Hamıya demokratiya, yaxşı şərait, təhlükəsizlik və ili-ildən hər şeyin yaxşılaşacağı sözü veririk". 

Bu barədə qərarı kimin verə biləcəyi sualına cavabında isə Jirinovski "biz istəyən hamını qəbul edəcəyik" deyə cavab verib. 

"Qoy burada ruslar, ukraynalılar, tatarlar, azərbaycanlılar, ermənilər, istəyən hər kəs yaşasın. Onlar bizim qonşularımızdır. Bu hamısı bizim keçmiş Rusiya imperiyası və Sovet ittifaqının ərazisidir. Biz 300, 400, 500 ildir birlikdə yaşayırıq".