Ermənilər rayonlarımızı atəşə tutdular

14 Mart 2014 10:18 (UTC+04:00)

Erməni silahlı bölmələri dünən və bu gecə atəşkəsi pozublar

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ans press-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Goranboy rayonunun Tapqaraqoyunlu və Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.


Qarşı tərəf cavab atəşi ilə susdurulub.