Bir həftə iş olmayacaq

14 Mart 2014 10:40 (UTC+04:00)
Novruz Bayramında 7 gün qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin qərarına əsasən, qeyri iş günləri 20 - 26 mart tarixlərini əhatə edəcək.  Movqe.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına görə, 20,21,22,23 və 24 mart tarixləri Novruz bayramı kimi qeyd ediləcək.  Əmək Məcəlləsinə əsasən 22 və 23 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdiriləcək. Nəticədə 25 və 26 mart tarixləri qeyri-iş günü olacaq. Qeyd edək ki, orta məktəblərdə yaz tətilinin martın 17-də başlayacaq. 6 günlük iş həftəsi ilə işləyən orta məktəblərdə dərslər martın 26-si, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə dərslər martın 27-si başlayacaq.