Londonda həlledici Ukrayna görüşü

14 Mart 2014 11:06 (UTC+04:00)

BMT dövlət katibi Con Keri və Rusiyalı həmkarı Sergey Lavrov Krımda keçiriləcək müzakirəli referendum yaxınlaşan bir vaxtda,  Londondakı həlledici Ukrayna danışıqlarına hazırlaşır. Cənab Kerinin  həmkarı Lavrova referendum və Rusiyaya hərbi müdaxiləylə bağlı xəbərdalıq etməsi, Krımı zorla torpaqlarına qatacağı təqdirdə ciddi addımlar atacaqlarını söyləməsi gözlənilir.

Movqe.Az xəbər verir ki, Rusiya cümə axşamı BMT –yə Ukrayna ilə müharibə etmək istəmədiklərini bildirmişdi.. Təhlükəsizlik Şurasıyla olacaq fövqəladə görüş zamanı Moskva səfiri Vitali Çurkin krımın etnik rus əhalisinin hüquqlarını müdafiə edib.

 Con Keri  Londona getməzdən əvvəl etdiyi şərhdə , " İrəliyə doğru addım atmaq və bu problemi həll etmək üçün hər hansı bir uğur olmazsa , əlimizdəki qüvvələrlə Avropada və burada bir sıra ciddi addım atılacaq " deyib.