Azərbaycanlı müğənni nişanlısından ayrıldı
14 Mart 2014 11:06 (UTC+04:00)
Son günlər Aygün və Sabirin ayrıldığı xəbəri yayılıb. Mövqe.az
xəbər verir ki, nişanlı cütlüyün bir-birinin fotolarını sosial
şəbəkələrdən silməsi medianın diqqətini çəkib. Müğənni Aygün
Rəhimova bu barədə belə bir açıqlama verib :
"Mənim əzizlərim, bütün dostlarıma müraciət edirəm. Bu gündən
etibarən mən subay biriyəm. Çox xahiş edirəm ki, bundan sonra
nişanlanmağımla bağlı mənə sual verməyin. Bu, həyatdır və bütün
hekayələr xoşbəxt sonluqla bitmir. Hər birinizi öpürəm və sizə
həyatda yaxşı, layiqli insanlar arzulayıram".