"Moskva” Ticarət Mərkəzindəki yanğında həkimə müraciət edən olmayıb

14 Mart 2014 11:25 (UTC+04:00)

"Moskva" Ticarət Mərkəzində baş verən yanğın zamanı zərərçəkən olmayıb. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova Movqe.az-a açıqlamasında deyib ki, hadisə yerinə səhər saat 08:12-də çağırış olub və 2 təcili yardım maşını əraziyə göndərilib. Onun sözlərinə görə, həkim briqadaları 2 saata yaxın müddət ərzində yanğın baş verən ərazidə olublar. Lakin bu müddət ərzində zərərçəkən və təcili yardım həkimlərinə müraciət edən olmayıb.