Tanınmış aparıcıya Türkiyədən təklif

14 Mart 2014 11:41 (UTC+04:00)

"Space" telekanalının aparıcısı Tural Ozan Türkiyədə fəaliyyət göstərən "Atlas Media"dan təklif alıb. 


Mövqe.az xəbər verir ki,  20 ildir dünyanın bir çox yerlərində telekanallarla əməkdaşlıq edən agentlik indi də Azərbaycanda iş başında olacaq. Təşkilatın rəhbəri Bilal Özbilge Türkiyə mediasına açıqlama verərək azərbaycanlı aparıcı Tural Ozanla çalışacağını bildirib. T.Ozan "Atlas media"nın Bakı təmsilçisi olacaq və sənətçilərin Türkiyədə kliplərinin çəkilməsində şirkətə kömək edəcək.