Azərbaycanda 13 yaşlı qız yanaraq ölüb

14 Mart 2014 12:34 (UTC+04:00)

Azərbaycanda 13 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.


Tovuz Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Məşədilər kəndində qeydə alınıb.

 

Tovuz rayon sakini, 2001-ci il təvəllüdlü Zəminə Qabil qızı Mustafayeva yaşadığı mənzildə ehtiyatsızlıqdan özünü yandırıb. Z. Mustafayeva xəstəxanaya çatıdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Polisdən Z. Mustafayevanın ruhi xəstə olduğu bildirilib.