Pensiyaçılara bayram müjdəsi

14 Mart 2014 13:08 (UTC+04:00)

Dövlət Sosial Müdafiə Fondu (DSMF) mart ayı üzrə pensiyaların maliyyələşdirilməsini başa çatdırıb. Movqe.az-ın xəbərinə görə, bu barədə Fondun sədri Elman Mehdiyev məlumat verib. Onun sözlərinə görə, müvafiq vəsaitlər pensiyaçıların hesablarına köçürülüb: "Ümumilikdə, bu ilin yanvar-fevral aylarında da pensiyaların maliyyələşdirilməsində heç bir problem olmayıb. 1 yanvar 2014-cü il tarixinə, Azərbaycanda 1,277 milyon insan əmək pensiyası alır. Onlardan 62%-nə yaşa, 27,3%-nə əlilliyə görə, 10,7%-nə isə ailə başcısını itirməyə görə əmək pensiyası verilir.