Turandan Zaura dəstək gəldi !

14 Mart 2014 14:29 (UTC+04:00)

Aparıcı Turan İbrahimov "Ümid var"  verlişinin bağlanmasına təəssüflənib. Mövqe.az xəbər verir ki, Turan həmkarı Zaura dəstək olub:  "Ümid Var" verilişini ATV telekanalının rəhbərliyi bütün kommersiya maraqlarının, reklam gəlirlərinin üstündən xətt çəkərək, ictimai maraqlar naminə və öz iradəsiylə bağladı. Bu qərar həm də bir mesaj kimi qiymətləndirilməlidir. İctimai maraqlar hər zaman korparativ maraqlardan üstün tutulmalıdır.O ki qaldı, verilişin komandasına, onlar bu verilişlə bütün yerli teleməkanın proqramçılıq siyasətinə yön verən iş ortaya qoymuşdular. Əmin olun ki, indi də başqa standartlar diqtə edəcək verilişlə geri dönəcəklər. Buna heç bir şübhəniz olmasın".