Müsəlmanlarla Buddistlər arasında dava düşdü

16 İyun 2012 14:38 (UTC+04:00)
"Asia Times" bildirir ki, mayın 28-dən bəri davam edən küçə döyüşlərində artıq 50 nəfər həlak olub, ən azı 54 nəfər yaralanıb.

Toqquşmalar Myanmanın Banqladeşlə sərhədində, Rakhayn ştatında yaşanır. Ştatda artıq fövqəladə rejim tətbiq edilib.
Toqquşmalar buddistlərin müsəlmanlara hücumları ilə başlanıb.
Onların dediklərinə görə, bir qrup müsəlman buddist qızı zorlayandan sonra qətlə yetiriblər.

Əhalisinin əksəriyyəti buddistlər olan Rakhaynda müsəlman olan rohinca tayfası yaşayır. BMT rohincaları dünyada ən çox zor tətbiq olunan milli və etnik azlıq hesab edir.