Mərkəzi Bankın aylıq Statistik Bülleteni zənginləşdirildi

14 Mart 2014 19:12 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı pul-kredit göstəricilərinə dair ictimaiyyətə yayımlanan statistik məlumatların əhatəliliyini mütəmadi olaraq genişləndirir.Bu çərçivədə Mərkəzi Bankın aylıq əsasda yayımladığı Statistik Bülletenin tərkibi cari ilin yanvar ayından daha da zənginləşdirilmişdir. Belə ki, bülletendə kredit qoyuluşları üzrə məlumatların iqtisadiyyatın sahələr üzrə strukturu dərinləşdirilmiş formatda təqdim olunmuşdur. Bülletendə bank sisteminin ev təsərrüfatlarına, mədənçıxarma, elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı, inşaat və tikinti, ticarət və xidmət, nəqliyyat və rabitə, sənaye və istehsal, kənd təssərrüfatı, daşınmaz əmlak sektorlarına yönəltdiyi kreditlərlər, habelə bu göstəricilərin müddətləri, valyutası üzrə geniş təsnifat əks olunmuşdur.

Statistik bülletenin tərkibinin genişləndirilməsi işi mütəmadi davam etdiriləcəkdir.