"Şərq Tərəfdaşlığı" Aİ Xarici İşlər Şurasının iclasında müzakirə olunacaq

14 Mart 2014 19:45 (UTC+04:00)

Martın 17-də Belçikanın Brüssel şəhərində Avropa İttifaqının (Aİ) Xarici İşlər Şurasının iclası keçiriləcək.

Trend-in verdiyi məlumata görə, "Şərq Tərəfdaşlığı" proqramı görüşün gündəliyində duran əsas məsələlərdən biridir.

Bundan əlavə, iclasda Ukraynada baş verən son hadisələr, Bosniya-Herseqovinadakı vəziyyət, Yaxın Şərq sülh prosesi, Suriya münaqişəsi və digər aktual məsələlər müzakirə olunacaq.