Almaniya dinləmələri araşdıracaq

14 Mart 2014 17:59 (UTC+04:00)

Almaniya Federal Məclisinin , ABŞ Milli Təhlükəsizlik Təşkilatının ( NSA) ölkədə etdiyi dinləmələrlə bağlı araşdırma komissiyası quracağı bildirilib.


Sosial Demokrat Partiya ( SPD) Məclis İdarə Komandiri Kristine Lambreçt, jurnalistlərə verdiyi şərhdə , NSA-nın dinləmələrlə əlaqədar Federal Məclisdə araşdırma komissiyası qurulması mövzusunda bütün qrupların razılaşdığını söyləyib.


Movqe.Az xəbər verir ki, Lambreçt , dinləmə qalmaqalı səbəbiylə bir çox insanın özünü etibarda hiss etmədiyini deyərək, '' Vətəndaşlar haqlı olaraq elektron ünsiyyətin etibarlılığını soruşurlar '' deyib.


NSA-nın , AB-nin Vaşinqton, Nyu -York və Brüsseldəki ofislərini dinlədiyi , yüz minlərlə elektron poçtu izlədiyi , aralarında Almaniya baş naziri Angela Merkelin də olduğu bir çox liderin telefonları izlədiyi bildirlib.