Xələf Xələfov: “Azərbaycan İtaliyanın regionları ilə münasibətlərin qurulmasında maraqlıdır”

14 Mart 2014 19:30 (UTC+04:00)

Bu gün Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ölkəmizdə səfərdə olan İtaliyanın Friuli-Venetsiya-Culiya regionunun Regional Şurasının prezidenti xanım Debora Serrakkianinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Movqe.az-ın məlumatına görə, Xələf Xələfov qonaqları salamlayıb və Azərbaycan tərəfinin İtaliya ilə münasibətlərin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib. O, ölkəmizin İtaliyanın regionları ilə birbaşa münasibətlərin qurulmasında maraqlı olduğunu qeyd edib.Debora Serrakkiani Azərbaycana səfərindən məmnunluğunu bildirərək, təmsil etdiyi regionun Azərbaycanla bir çox sahələrdə, o cümlədən enerji, ətraf mühitin mühafizəsi, təhsil, səhiyyə və sənaye sahələrində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.Nazir müavini Xələf Xələfov qeyd olunan sahələrdə əməkdaşlıq üçün geniş potensialın olduğunu bildirib.