Bakıda özünü qatarın altına atan tələbə danışdı

14 Mart 2014 19:45 (UTC+04:00)

Bakıda özünü qatarın altına atan tələbə danışıb. Bir neçə gün əvvəl metronun "Ulduz" stansiyasında özünü qatarın altına ataraq qolunu itirən 18 yaşlı Devran Həsənovla qızaca söhbətləşdik. 


Movqe.az Milli.az-a istinadən həmin müsahibəni təqdim edir:


- Devran necəsən? Niyə özünə qəsd etmişdin, bəlkə bizə deyəsən..


 - Qardaş, danışılası bir şey yoxdu


 - Mənə niyə özünə qəsd etməyini, deyəsən, bəlkə...


 - Elə böyük bir səbəb yoxdu, sadəcə həyata oyun kimi baxmaq.


- Bir az anlat, oynaya bildin həyatla?


- Yox, topum cırıq idi


- Həyatla oyuna saz topla çıxarlar axı...


- Burada sizinlə söz güləşdirmək fikrim yoxdu


- Söz güləşdirmirəm. Niyə həyatla oyuna çıxmışdın?


 - Çünki bu həyat arzularımı mənə vermək iqtidarında deyil


 - Devran, suallarımla səni incitmək fikrim yoxdu, sadəcə peşə belə tələb edir.


 - Qulaq as, məni bir nəfər incidə bilər, o da dövran.


 - Devranın heyfini dövrandan çıxa bildin?


 - Məni narahat etmə… sənə uğurlar.


- Sağ ol, sənə şəfalar… Möhkəm ol...


Qeyd edək ki, Devran Həsənov Bakı Dövlət Universitetinin Psixologiya fakültəsinin 1-ci kurs tələbəsidir.