Səbuhi Rəhimlidən martın 15-nə olan astroloji proqnoz

15 Mart 2014 10:21 (UTC+04:00)

QOÇ– Bahar nəfəsinin duyulduğu bu təqvimdə mənəvi rahatlıq tapmaq sizin üçün o qədər də çətin olmayacaq. Üstəlik, ətrafınızda olan insanların sizə münasibətində müsbət amillər, hətta sürprizlər də mümkündür.

BUĞA– Nə qədər səmimi olsanız, hörmətiniz də bir o qədər artacaq. İstənilən münaqişədə tərəfsiz mövqe tutun ki, düşmənləriniz artmasın. Günün ikinci yarısında büdcəniz ağırlaşa bilər. Səfərə çıxmayın.

ƏKİZLƏR– Münasibətləri dərinləşdirmək üçün fürsətdir. Ürəyinizə yaxın bildiyiniz hər kəsə baş çəkməyə, heç olmasa zəng etməyə çalışın. Bugünkü addımlarınızdan asılı olaraq sizə qarşı münasibət müsbətə doğru dəyişə bilər.

XƏRÇƏNG– Xoş təsadüflərlə zəngin bir gün yaşayacaqsınız, hətta ola bilsin ki, çoxdan görmədiyiniz insanlarla da rastlaşasınız. Saat 15-18 aralığında isə maraqlı təkliflər alacağınız gözlənilir.

ŞİR– Pulsuzluğu özünüzə dərd hesab etməyin. Əsası odur ki, tənha qalmayasınız. Bu, bürcünüz üçün ən dözülməzidir. Yaxşısı budur, gücünüzü yarımçıq qalmış işlərin həllinə yönəldəsiniz.

QIZ– Paralel olaraq bir neçə işlə məşğul olmaq, həlledici məsələlərdə qətiyyət göstərmək bu gün üzərinizə düşən başlıca vəzifədir. Bir sözlə, bu gün istirahət və ya passiv olmaq barədə düşünməməlisiniz.

TƏRƏZİ– Qarşınızda elə bir gün durub ki, Göy qübbəsi addımbaşı sizi sevindirə bilər. Hər an möcüzə gözləyin, amma özünüz də boş oturmayın. Bu təqvimdə ailə üzvlərinizə qayğınızı əsirgəməyin.

ƏQRƏB– İxtiyarınızda olan bu gündə pul məsələləri ilə bağlı hər hansı mübahisəyə getməyə dəyməz. Yaxşısı budur, səbrli olub uğurlu məqamınızı gözləyəsiniz. Problemlərdə vasitəcilərdən istifadə edin.

OXATAN – Maraqlı hadisələrlə rastlaşacağınız gözlənilir. Hətta könülaçan məclislərdə iştirak edə bilərsiniz. Yeni iş üslubuna keçmək barədə isə düşünməyin. Öz səhvlərinizə özünüz cavabdeh olmalısınız.

OĞLAQ– Göy qubbəsi yavaş-yavaş həyatın nəbzini tutduğunuzu proqnozlaşdırır. Məhz bu gündən etibarən daxili sarsıntılarınız da səngiyəcək. Odur ki, özünüzdə güc tapıb hərəkətə keçin.

SUTÖKƏN– Bu maraq dolu təqvimi daha çox dostlarınızla birlikdə keçirməyə çalışın. Başınıza gələn hər bir ideyanın böyük perspektivinə inanın. Gün ərzində maddi irəliləyişləriniz də gözlənilir.

BALIQLAR– Qarşınızda neytral bir gün durub. Bu səbəbdən qeyri-adi nəsə etməyə qalxmayın. Sənədləşdirmə məsələlərində diqqətli olun. Bu gün nəqliyyatla əlaqəli gərginlik olsa da, pul barədə uğurludur.