Ukrayna Assosiasiya sazişini martın 21-də imzalayacaq

15 Mart 2014 11:38 (UTC+04:00)
"Avropa Şurasının prezidenti Herman Van Rompey ilə görüşümüz olub. Görüşdə Ukrayna və Avropa Birliyi arasında Assosiasiya haqda sazişin siyasi hissəsinin martın 21-də imzalanması barədə razılıq əldə olunub", - deyə Arseni Yatsenyuk bildirib.

O, əlavə edib ki, sazişin iqtisadi hissəsinin imzalanma mərasimi də tezliklə həyata keçiriləcək. Lakin bünün üçün müzakirələr davam etdirilməlidir.