Bayram günləri qazın verilişində fasilə olmayacaq

15 Mart 2014 11:44 (UTC+04:00)
İB-nin mətbuat xidmətindən verilən məlumata görə, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də "Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları"nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcəkdir.

Belə ki, 185 nömrəli "qaynar xətt"in və 104 nömrəli qəza xidmətinin fəaliyyəti gücləndiriləcək, yerli qaz istismar sahələrinin məsul şəxslərindən ibarət sutkalıq növbətçilik təşkil olunacaqdır.

"Azəriqaz" İB bütün təbii qaz istehlakçılarından Novruz bayramı günlərində təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmağı, təhlükəsizlik qaydalarına ciddi riayət etməyi xahiş edir.