Bulvarda trenajor meydançası açılacaq

15 Mart 2014 12:45 (UTC+04:00)

Burada əhalinin istifadəsi üçün 15 trenajor quraşdırılıb.

Onlardan ikisi əlillər üçün nəzərdə tutulub.

Trenajor meydançası Milli Olimpiya Komitəsi və Dənizkənarı Bulvar İdarəsinin təşkilatçılığı və "Baltika-Baku" şirkətinin dəstəyi ilə qurulub.

Meydançanın yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılır.