Dəhşətli qəza – Prezident yaralandı, məşhur futbolçu öldü

15 Mart 2014 13:09 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Makedoniya Futbol Federasiyasının prezidenti İlço Qorqieskinin idarə etdiyi avtomobil qarşıdan gələn avtobusla toqquşub.

Hadisə nəticəsində federasiya prezidenti yaralansa da, 1998-2005 ci illər ərzində Türkiyənin "Trabzonspor", "Malatyaspor" və "Akçabat Sebatspor" komandalarının qapısını qoruyan Petar Miloşeski həlak olub.

Miloşeski futbolçu karyerasını bitirdikdən sonra bir müddət Makedoniya milli komandasının baş məşqçisi kimi də çalışmışdı.