Yol qəza hadisəsi: 2 nəfər öldü

16 İyun 2012 18:52 (UTC+04:00)
 Movqe.Az xəbər verir ki Şəmkir rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib

Şəmkirdə baş vermiş hadisə zamanı 2 nəfər avtomobil qəzasında dünyasını dəyişib.

Qeyd edək ki, hadisəyə səbəb "VAZ-2107" və "KamAZ" markalı maşınların toqquşması olub.

Movqe.Az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 16-da saat 02.00 radələrində rayon sakini İlkin İmanovun idarə etdiyi "VAZ-2107" və Gəncə şəhər sakini Xaqani Hacıyevin idarə etdiyi "KamAZ" markalı avtomaşınlar toqquşub.

Nəticədə "Lada"nın sürücüsü və sərnişini hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Türkan Nadirqızı

Movqe.Az