Ruslan Abışov “Rubin”dən gedir?
15 Mart 2014 13:42 (UTC+04:00)
Movqe.az idmanxeber.com-a istinadən məlumat verir ki, Abışov
göstərdiyi gözəl futbolla belə Kazan klubunun heyətində möhkəmlənə
bilmir. Onun yayda "Rubin"dən ayrılma ehtimalı çoxalıb. Belə ki,
Berdiyevin Kazan klubundan getməsinin ardından yeni çalışdırıcı
Rinat Bilyaletdinov da öz siyasətini yürüdür. Yeni baş məşqçi
"Rubin"ə 11 rus futbolçu gətirib və komandanı gəncləşdirmək
istəyir. Məhz bu üzdən Ruslanın "Rubin"də qalma ehtimalı demək olar
ki, çox azdır.