Hüseyn Dərya Tərtərdə dəfn olunacaq

15 Mart 2014 13:57 (UTC+04:00)
Yol qəzasına düşən Azərbaycanın tanınmış reperi Hüseyn Dərya vəfat edib.

Mövqe.az-a bu barədə reperin yaxınları xəbər verib.  Dünən qəzaya düşən reper 3 saylı şəhər Klinik Xəstəxanasında renamisayida olub. 

Xatırladaq ki, dünəb 23:00-da  Bakının Xəzər rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, tanınmış reper Hüseyn Dəryanın idarə etdiyi 10 SB 575 dövlət nömrə nişanlı "Opel Astra" markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən KamAZ markalı maşına çırpılıb.

Nəticədə ağır xəsarətlər alan Hüseyn Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.


Hüseyn Dəryanın dəfn mərasimi sabah Tərtərdə baş tutacaq. Onun atasının məzarının yanında dəfn ediləcəyi deyilir. Mərhumla vida mərasimi isə bu gün Qaraçuxur qəsəbəsindəki evində olacaq.