"Koroğlu"dakı ticarət köşkləri bu axşam söküləcək

15 Mart 2014 14:46 (UTC+04:00)

"Bakı Metropoliteni" QSC-nin "Koroğlu" stansiyasının keçidlərində fəaliyyət göstərən ticarət köşklərinin sökülməsinə bu gün axşam saatlarından başlanacaq

"Koroğlu" metrostansiyanda fəaliyyət göstərən ticarət köşklərinin sahiblərinin AzNews.az-a verdiyi məlumata görə, onlara mallarını yığışdırmaq üçün axşam saatlarına qədər vaxt verilib.



Buna etiraz edən köşk sahibləri "Bakı Metropoliteni" QSC-nin rəhbərliyinin martın 27-nə qədər vaxt verdiyini diqqətə çatdıraraq, ticarət yerlərini tərk etmək niyyətində olmadıqlarını söyləyiblər.



Xatırladaq ki, "Bakı Metropoliteni" QSC-nin yeni rəhbərliyi metrostansiya ərazisində olan ticarət obyektlərinin sökülməsinə göstəriş verib. Köşk sahiblərinin kütləvi etirazlarından sonra ticarət obyektlərini boşaltmaq üçün onlara martın 27-ə qədər vaxt verilib.