Hüseyn Dərya avtomobil qəzası keçirən zaman narkotik vasitədən istifadə etmişdi - İDDİA
15 Mart 2014 15:25 (UTC+04:00)
Mövqe.az xəbər verir ki, reper Hüseyn Dərya avtomobil qəzasına
düşən zaman narkotik vasitələrdən istifadə edibmiş. Avtomobil
qəzası olan zaman hadisə yerində olan şəxsin Mövqe.az-a verdiyi
məlumata görə Hüseyn Dərya özündə olmayıb: " Ölənin dalıyca
danışmazlar. Amma rəhmətlik heç özündə deyildi. Yaxşısını həkimlər
bilər. Amma narkotikdən istifadə etmişdi. Ağzından da köpük
gəlirdi".
Qeyd edək ki, xəstəxanaya çatdırılan reperin yenidən kliniki
ölüm keçirdiyi düşünülüb. Ancaq 3-cü dəfə reperin həyatını xilas
etmək olmayıb. Hətta həkimlər də bu faktı nə inkar nə də ki, təsdiq
edib. Araşdırmamız davam edir...