Millət vəkilləri Buxarestə gedir

15 Mart 2014 16:15 (UTC+04:00)

Milli Məclisin deputatları- Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev və qrupun üzvü Musa Quliyev Rumıniya parlamentinin Azərbaycanla dostluq qrupu rəhbərinin dəvəti ilə martın 16-da Buxarestə səfər edəcəklər.

Milli Məclisin mətbuat xidmətindənPublika.Az-a verilən məlumata görə, səfər çərçivəsində millət vəkilləri Rumıniya parlamentinin fəaliyyəti ilə tanış olacaq, həmkarları ilə bir sıra görüşlər keçirəcəklər.
Görüşlərdə qanunvericilik orqanları arasında əməkdaşlığın genişləndirilməsi, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi, qarşılıqlı səfərlərin intensivləşdirilməsi, digər maraq doğuran məsələlər müzakirə olunacaq.

Səfər martın 19-da başa çatacaq.