Prezident təbrik məktubu göndərdi

15 Mart 2014 16:20 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev İrlandiya prezidenti Maykl Higginsə təbrik məktubu göndərib.

ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, məktubda qeyd edilir: "İrlandiyanın milli bayramı – Müqəddəs Patrik Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-İrlandiya əlaqələri daha da inkişaf edərək ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcək.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İrlandiya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".