“Azərbaycanda konkret nə qədər jurnalistin olduğu məlum deyil”

6 Aprel 2012 11:56 (UTC+04:00)

Bu ilin sonuna qədər "Diffamasiya haqqında" qanun qəbul ediləcək. Bu barədə SalamNews-a Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. O deyib ki, sözügedən qanun ətrafında müzakirələr gedir. "Hesab edirəm, bu ilin sonuna qədər biz həmin qanunun qəbul edilməsinə nail olacağıq". Ə.Amaşov kütləvi informasiya vasitələrinin nümayəndələrinin ictimai nəqliyyatdan pulsuz istifadə etməsi ilə bağlı irəli sürülən təklifin reallaşması istiqamətində də hansısa addımların atılmadığını deyib: "Hələlik bu məsələ ilə bağlı hansısa yenilik yoxdur və bu istiqamətdə iş getmir. Bunun bir səbəbi də ondan ibarətdir ki, Azərbaycanda konkret nə qədər jurnalistin olduğu məlum deyil".