Namiq: “Aygünlə duetə görə məni qınadılar”
15 Mart 2014 16:45 (UTC+04:00)
Meyxanaçı Namiq Qaraçuxurlu ötən gün "Xəzər" telekanalında
yayımlanan "5/5" verilişinin qonağı oub.
Axşam.az-ın məlumatına görə, sənətçi duet ortaqlarından bəhs edib.
O, "Səni məşhur edən və daha çox qınağa səbəb olan duetin hansı
olub" sualına belə cavab verib:
"Üç duetim də uğurlu alındı. Amma ən çox Aygün Kazımova ilə duetimə
görə qınaq obyektinə çevrildim. İnsanlar başa düşmürlər ki, bu,
yaradıcılıq üçün lazımdır. Zaman keçdikcə anladılar ki, nəsə əldə
etmək üçün əziyyət çəkməlisən".