İmkansız ailələrə Novruz sovqatları paylanacaq

15 Mart 2014 18:40 (UTC+04:00)
Lənkəranda 4 min 200 imkansız ailəyə Novruz sovqatları paylanacaq

Bayramqabağı bazarda qiymətləri tənzimləmək, qiymət artımının qabağını almaq məqsədilə bu gün Lənkəran şəhər icra hakimiyyəti ənənəvi Novruz yarmarkası təşkil edib. Şəhərin mərkəzi dəmiryolu vağzalında səhər saatlarından start götürən yarmarkaya bayram süfrəsi üçün lazım olan müxtəlif çeşiddə ərzaq məhsulları, meyvə, şirniyyat, ət –süd məhsulları çıxarılıb.

ANS PRESS-in məlumatına görə, bayram yarmarkasına maraq gözlənildiyindən böyük olub. Sakinlər bayram bazarlığını yarmarkada etməyi daha sərfəli sayır.