Dövlət Filarmoniyasının binası uçub: 4 yaralı
15 Mart 2014 19:15 (UTC+04:00)
Gəncə Dövlət Filarmoniyasının tikilməkdə olan yeni binası uçub. ANS
PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yeni tikilən
binada beton tökülən sütunlar uçub. İlkin məlumatlara görə, 4
nəfərin xəsarət aldığı və onların xəstəxanaya yerləşdirildiyi
bildirilir.
Hadisə bu gün axşam saatlarında baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və təcili tibbi yardım
stansiyasının əməkdaşları cəlb olinub.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə hadisə baş
verən ərazidə jurnalistlərin məlumat toplaması və çəkiliş aparması
üçün maneələr yaradılır.
Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.