Ərdoğan “Kurtlar vadisi”ndəki TIR əməliyyatından danışdı (VİDEO)

15 Mart 2014 19:30 (UTC+04:00)
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Adanada yerli seçkilərlə bağlı keçirdiyi mitinqdə çıxış edən baş nazir Rəcəb Tayyib Ərdoğan keçən ay Adanada Türkiyə dövlət təhlükəsizlik təşkilatı MİT-ə məxsus yük avtomobillərinin (TIR) saxlanmasına da toxunub.

ANS PRESS-in məlumatına görə Ərdoğan deyib: "Keçən ay MİT-in TIR-ları Adanada dayandırıldı. Sanki suçluymuş kimi, düşmanmış kimi TIR-ları dayandırdılar. MİT-in kapitanı və baş leytenantını vurdular. Suriyada türkmənlərə yardım aparan TIR-larımızla düşmən kimi rəftar etdilər. Bunları izləyincə, bir baş nazir olaraq dəliyə döndüm. Orada kim olursa olsun, dayandıran kim olursa olsun, bunlar xaindirlər. Sənə "MİT-in əməkdaşıyam" deyir, sən onları qandallayıb, təpikləyib yerə yıxırsan. Bir də bişmiş kəllə kimi dişləriini ağardırlar. Əxlaqsızlar".

Xatırladaq ki, Türkiyədə yayımlanan məşhur "Kurtlar vadisi pusu" serialının sonuncu 218-ci bölümündə bu hadisəyə toxunulmuşdu.