Hüseyn Dəryanın xəstəxanadakı son şəkilləri yayıldı (FOTO)
15 Mart 2014 19:45 (UTC+04:00)
Bu gün xəstəxanada dünyasını dəyişən məşhur reper Hüseyn Dəryanın
yeni görüntüləri yayılıb.
ANS PRESS-in məlumatına görə, ötən gün saat 23 radələrində Hüseyn
Dərya idarə etdiyi "Opel Astra" markalı 99 EK 575 nömrə nişanlı
minik avtomobili idarə edərkən Heydər Əliyev Beynəlxalq Hava
limanına gedən yolda qəzaya düşüb. O, 3 saylı Şəhər Klinik
Xəstəxanasında dünyasını dəyişib.
Hüseyn Dəryanın xəstəxanada çəkilən son fotolarını sizə təqdim
edirik.