Metroda ticarət obyektlərini sökməyə başladılar
15 Mart 2014 20:00 (UTC+04:00)
Metronun "Koroğlu" stansiyasındakı ticarət obyektlərini bu
dəqiqələrdə sökməyə başlayıblar.
ANS PRESS-in verdiyi məlumata görə, hazırda həmin metro
stansiyasınin ətrafındakı əraziyə xeyli sayda polis əməkdaşı
gətirilib. Polis satıcılara mağazaları qısa zamanda boşaltmaq
göstərişi verib.
Satıcılar martın 27-dək vaxtlarının olduğunu desələr də, polis buna
məhəl qoymayıb. Bildirib ki, mağazalar bu gün sökülməlidir.
Satıcılara mallarını boşaltmaq üçün bir saat vaxt verilib. Hazırda
mağazalar boşaldılır.
Dükanlar sökülərkən qarışıqlıq düşəcəyindən və mallarının oğurlanıb
talan ediləcəyindən qorxan bəzi satıcılar mallarını dəyər-dəyməzinə
satmağa başlayıblar.
Xatırladaq ki, "Bakı Metropoliteni" QSC satıcılara martın 27-dək
vaxt verdiyini açıqlamışdı.