Çin Krımla bağlı BMT-də rusları dəstəkləmədi
15 Mart 2014 20:26 (UTC+04:00)
Öz "veto" hüququndan yararlanan Moskva BMT Təhlükəsizlik Şurasının
(TŞ) Krımda referendum keçirilməsi ilə bağlı qərarının qəbul
edilməsini əngəlləyib.
ANS PRESS-in məlumatına görə, adətən BMT Təhlükəsizlik Şurasında
müxtəlif məsələlər üzrə səsvermə zamanı Rusiyanın mövqeyini
dəstəkləyən Çin bu dəfə səsvermə zamanı bitərəf qalıb.
Qətnamə layihəsi ABŞ tərəfindən bu həftə təklif edilmişdi. Sənəd
Krımda keçirilməsi gözlənən referendumu qanunsuz saymağı nəzərdə
tuturdu. Qətnamədə həm də bütün ölkələr referendumun nəticələrini
tanımamağa çağırılırdı.
BMT TŞ-in qalan 13 üzvü yekdilliklə qətnamənin qəbul edilməsinin
lehinə səs veriblər.