Metro keçidlərində ticarət obyektlərinin söküntüsü martın 28-dək başa çatacaq
15 Mart 2014 22:02 (UTC+04:00)
"Bakı Şəhər İcra Hakimiyyətinin bütün strukturları metro
keçidlərində ticarət obyektlərinin söküntüsü işinə cəlb olunub".Bu
barədə açıqlamasında, Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət
və Xidmət Departamentinin mətbuat xidmətin rəhbəri Əliabbas Bağırov
bildirib: "Həmin obyektlərin sökülməsi ilə bağlı Bakı şəhər İcra
Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun sərəncamı var.
Bu işə Bakı şəhəri İcra Hakimiyyətinin bütün icra strukturları cəlb
olunub".Onun sözlərinə görə, həmin sərəncama əsasən, martın 28-nə
kimi Metropoliten stansiyalarının girişləri və çıxışlarında olan
bütün obyektlər söküləcək: "Hacıbala Abutalıbovun Bakı
Metropolitenində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərlə
görüşündə əldə olunan razılıq ondan ibarətdir ki, həmin
sahibkarların işlə təmin olunması və digər ticarət obyektlərinə
köçürülməsi dövlət səviyyəsində həll olunacaq. Həmin sahibkarlara
"Amay", "Yeni Günəşli"də ticarət mərkəzlərində, "Keçlə bazarı",
"Yaşıl bazar", "Şərq bazarı"nda yer ayrılıb. Oraya köçürülən
sahibkarlardan 3 ay müddətində dövlət rüsumu alınmayacaq. Bu
rüsumlar həmin ticarət mərkəzlərinin rəhbərliyi tərəfindən
ödəniləcək".Qeyd edək ki, metronun "Nəriman Nərimanov"
stansiyasında 185, "Neftçilər" stansiyasında 186, "Koroğlu"
stansiyasında 109, "Qara Qarayev" stansiyasında 94, "Əhmədli"
stansiyasında 93, "Xalqlar Dostluğu" stansiyasında 96,
"İnşaatçılar" stansiyasında isə 88 ticarət obyekti
söküləcək.Ümumilikdə isə sökülməsi planlaşdırılan ticarət
obyektlərinin sayı 1194-dür.
Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət
Departamentinin sədri Ramiz Hacıyev də açıqlamasında
söküləcək ticarət obyektlərinin sayının 1194 olduğunu
təsdiqləyib.R. Hacıyev onu da bildirib ki, hazırda metronun "28
May" stansiyasında yeraltı keçidində heç bir ticarət obyekti
fəaliyyət göstərmir: "Əvvəllər "28 May" stansiyasında ticarət
obyektləri olub, lakin metronun təmirindən sonra yığışdırılıb. Ona
görə də orada söküləcək obyekt yoxdur".R. Hacıyev qeyd edib ki,
Cəfər Cabbarlı heykəlinin altında yerləşən yeraltı keçiddəki
ticarət obyektlərin sökülməsi isə nəzərdə tutulmur: "Çünki onların
metro ilə əlaqəsi yoxdur"