Rusiya BMT TŞ-nın Krımda keçiriləcək referendumun əleyhinə olan qətnaməsini bloklayıb

15 Mart 2014 22:07 (UTC+04:00)
Rusiya BMT TŞ-nın Ukraynaya dair qətnamə layihəsinin əleyhinə səs verib.Movqe.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya veto hüququndan istifadə edərək Krımda keçiriləcək referendumun ləğv edilməsini nəzərdə tutan qətnamənin qəbul olunmasını bloklayıb. Digər üzvlər qətnamənin lehinə səs verib, Çin isə bitərəf qalıb.Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin Rusiyanın Krım xalqının seçiminə hörmətlə yanaşacağını qeyd edib. ABŞ tərəfindən irəli sürülən qətnamə layihəsi Krımda keçiriləcək referendumun legitim olmayacağını nəzərdə tutur və bütün ölkələri onun nəticələrini tanımamağa çağırır.Xatırladaq ki, Krım Muxtar Respublikasının statusuna dair referendum martın 16-da keçiriləcək