Məşhur milyarder öldü – Sui-qəsd
15 Mart 2014 22:25 (UTC+04:00)
Tanınmış milyarder dünən gecə helikopter qəzası nəticəsində
həyatını itirib.Movqe.az-ın xarici mətbuata istinadən bildirir ki,
doktor Edvard Hauqey olaraq tanınan Şimali İrlandiyanın ən zəngin
iş adamı Lord Balyedmond dünən gecə helikopter qəzası nəticəsində
həyatını itirib. Nortfolk yaxınlığında baş verən qəzanın yaranan
qatı duman üzündən baş verdiyi ehtimal edilir.Hadisədən dərhal
sonra bölgəyə çox sayda təcili tibbi yardım heyəti göndərilib.
Nortfolk polisi qəza nəticəsində dörd nəfərin öldüyünü
bildirib.İngiltərə ərazisində baş verən qəzaya səbəb kimi müxtəlif
versiyalar göstərilsə də, ictimaiyyət tərəfindən məşhur irlandiyalı
işadamının öldürüldüyü iddia edilib.