Sevastopolda deputat qaçırıldı
15 Mart 2014 22:38 (UTC+04:00)
Sevastopolda naməlum şəxslər tərəfindən "Ruskiy blok" partiyasının
lideri, deputat Qennadi Basov qaçırılıb. Movqe.az-ın məlumatına
görə, deputat bu gün səhər saatlarında qaçırılıb. Şəhər polis
idarəsində Qennadi Basovun qaçırılması ilə bağlı cinayət işi açılıb
və deputatın tapılması üzrə axtarış tədbirlərinə başlanılıb.Qeyd
edək ki, "Ruskiy blok" partiyasının əsası 2002-ci ildə qoyulub.
Sözügedən partiya Krım Muxtar Respublikasında rusdilli əhalinin
hüquqlarını qorumaq məqsədilə yaradılıb. "Ruskiy blok" 2012-ci ildə
partiya kimi Ukrayna Ali Radasından keçə bilməsə də, Qennadi Basov
Sevastopol şəhər şurasının deputatı seçilmişdi.